Bu il Azərbaycan 349 milyon manat borc qaytarıb

Bu il Azərbaycan 349 milyon manat borc qaytarıb
  13 Aprel 2022    Oxunub:724
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsi xərclərinin 4 186,5 milyon manatı və yaxud 74,4% cari xərclər, 1 094,2 milyon manatı və yaxud 19,4%-i əsaslı xərclər, 348,8 milyon manatı və yaxud 6,2%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1% çox, 4,9% az və 12,3% azdır. Eyni zamanda bu ilin I rübündə Azərbaycanda iqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsi xərclərinin 2 774 milyon manatı sosialyönlü xərclər (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq alınması xərcləri) olub.

AzVision.az


Teqlər: Borc   Maliyyə  





Xəbər lenti