Qəzada zəvvarlarımızdan xəsarət alan olmayıb- RƏSMİ

Qəzada zəvvarlarımızdan xəsarət alan olmayıb- RƏSMİ
  13 Aprel 2014    Oxunub:1114
İranda baş vermiş yol qəzasında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Lakin avtobusdakı 29 azərbaycanlı zəvvardan 9-nun pasportu yanaraq yararsız vəziyyətə düşüb.
AzVision.az xəbər verir ki, Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə AzərTAc-a bildirib ki, İranın Ərdəbil vilayətində içərisində Məşhəd ziyarətindən gələn 41 zəvvarın olduğu avtobusun yanması nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Avtobusdakı 29 azərbaycanlı zəvvardan 9-nun pasportu yanaraq yararsız vəziyyətə düşdüyü üçün İranın Qərbi Azərbaycan vilayətinin rəsmiləri ilə birlikdə onların tez bir zamanda Azərbaycana göndərilməsi üçün tədbirlər görülür.


Teqlər:  





Xəbər lenti