Səudiyyə Ərəbistanı və Küveytdən sonra BƏƏ də Livandakı səfirini geri çağırdı.
Həmçinin Əbu-Dabi vətəndaşlarının Livana səfərinə qadağa qoyulduğu bildirilir.
Qeyd edək ki, oktyabrın 29-da Səudiyyə Ərəbistanı məsləhətləşmələr üçün Livandakı səfirini geri çağırıb və Livan səfirinin ölkəni tərk etməsini tələb edib. Oktyabrın 30-da isə Küveyt Xarici İşlər Nazirliyi öz səfirini Beyrutdan geri çağırıb.
"Associated Press"in məlumatına görə, Bəhreyn də Livan səfirinin ölkədən çıxarılması barədə qərar qəbul edib.
Xatırladaq ki, Livanın informasiya naziri Corc Kardahi Səudiyyə Ərəbistanı koalisiyasının Yəməndəki hərəkətlərini təcavüz adlandırandan sonra ərəb ölkələri səfirlərini geüri çağırıblar.
AzVision.az