Aqrar Xidmətlər Agentliyinin vəzifə və hüquqları artırılıb
Fərmana əsasən, Agentliyə fiziki və hüquqi şəxslərin, habelə dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının müraciəti əsasında fitosanitar karantin baxışı keçirmək və müayinə aparmaq, bitki və bitkiçilik məhsullarında, torpaqda, suda, bitki mühafizə vasitələrində toksikoloji analizlər aparmaq, eləcə də nəticələrinə dair müvafiq arayışlar vermək vəzifəsi, eləcə də beynəlxalq qurumların və yerli fiziki və hüquqi şəxslərin maliyyə dəstəyi ilə aqrar sahədə layihələrin icrasını təşkil etmək hüququ verilib.
Bundan başqa, qurumun sədr müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Azvision.az
Teqlər: İlham-Əliyev