Pandemiyanın təhsilə təsiri azaldılır

Pandemiyanın təhsilə təsiri azaldılır
  16 Sentyabr 2021    Oxunub:1875
"COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyacları yerlərdə müəyyən ediləcək. Bu ehtiyacları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün ümumtəhsil müəssisələrində çalışan təhsil verənlərin peşəkar inkişafı təmin ediləcək".
Azvision.az xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Təhsil İnstitunun direktoru Rüfət Əzizov bildirib. Onun sözlərinə görə, bunun üçün Təhsil Nazirliyi "Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi" layihəsinə başlayıb:

"Layihə çərçivəsində 6 rayonun ümumilikdə 18 məktəbinin təxminən 1300 şagirdinə öyrənmə ehtiyaclarına uyğun dəstək veriləcək.

Sağlamlıq imkanları məhdud olan uşaqlar da daxil olmaqla, şagirdlər üçün dəstək proqramı hazırlanacaq. Eyni zamanda 6 rayon üzrə 75 müəllimə fərdi məsləhət xidməti göstəriləcək".

Aytən Zəhra

Azvision.az



Teqlər:





Xəbər lenti