SpaceX orbitə daha 51 "Starlink" peykini buraxıb

SpaceX orbitə daha 51 "Starlink" peykini buraxıb
  14 Sentyabr 2021    Oxunub:1119
ABŞ-ın "SpaceX" şirkəti sentyabrın 14-də "Falcon 9" raketinin kosmosa buraxılmasını uğurla icra edib.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin "Tvitter" səhifəsində məlumat verilib. Raket "Starlink" layihəsi çərçivəsində peyklərin yenilənmiş versiyalarının ilk partiyasını orbitə daşıyıb.

"51 "Starlink" peykinin buraxılışı təsdiqləndi", - məlumatda deyilir.
Raket Kaliforniyadakı Vandenberq bazasındakı ABŞ Kosmik Qüvvələrinin kosmodromundan uçub.

Yeni peyklər yerüstü stansiyalar vasitəsilə məlumatların ötürülməsi zamanı vaxt itkisini minimuma endirməyə imkan verən lazer rabitə xətləri ilə təchiz edilib.

Bu artıq 2019 -cu ilin may ayından başlayaraq "Starlink" layihəsi çərçivəsində internet peykinin orbitə buraxılmasının 31 -ci prosesidir. "SpaceX Orbital Group" artıq 1738 kosmik aparatdan ibarətdir.

Xatırladaq ki, "SpaceX" iyul ayında "Starlink" layihəsi çərçivəsində orbitə 88 peyk göndərdi.

Tural Tağıyev
Azvision.az



Teqlər: Peyk  





Xəbər lenti