Tokio-2020: İdmançılarımız üçüncü qızıl medalı qazandılar - YENİLƏNİB 3
Azvision.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz ilk görüşdə türkiyəli Recep Çiftçiyə qalib gələrək yarımfinala yüksəlib.
Daha əvvəl paracüdoçumuz Şəhanə Hüseynova (48 kq) və Raman Saleh (100 metr məsafəyə arxasıüstə üzgüçülük) qızıl medala sahib olublar. Azərbaycan komandasının aktivinə digər medalı Pərvin Məmmədov (49 kq) yazdırıb. Pauerliftinqçimiz bürünc medala sahib olub.
***
12:07
Azərbaycanın daha bir təmsilçisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
Azvision.az xəbər verir ki, Raman Saleh 100 metr məsafəyə arxası üstə üzmə yarışında bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, daha əvvəl paracüdoçu Şəhanə Hacıyeva (48 kq) paralimpiya çempionu olub.
***
11:48
Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.
Azvision.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı fransalı Sandrin Martine ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyeva paralimpiya çempionu olub.
***
Daha bir paracüdoçumuz "Tokio-2020" Yay Paralimpiya Oyunlarının finalına yüksəlib .
Azvision.az xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində çıxış edən qadın paracüdoçumuz Şəhanə Hacıyeva yaponiyalı Şuzika Hanqai və Viktoroya Potapovaya (Rusiya Paralimpiya Komitəsi) qalib gələrək qızıl medal uğrunda görüşə çıxacaq. Onun rəqibi Fransa təmsilçisi Sandrine Martinet olacaq.
Digər qadın paracüdoçumuz Bəsti Səfərova (52 kq) isə ilk görüşdə Yui Fucivaraya (Yaponiya) uduzub. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz təsəlliverici görüşə çıxsa da, ukraynalı Nataliya Nikolayçikə məğlub olaraq Paralimpiadanı medalsız başa vurub.
Azərbaycan komandasının aktivində artıq 1 medal var. Belə ki, Pərvin Məmmədov (49 kq) pauerliftinq yarışlarında bürünc medala sahib olub.
Qeyd edək ki, “Tokio-2020”də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda - 36 idmançı təmsil edəcək. Atletlərimizin 24-ü kişi və 12-si qadındır. XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.
Azvision.az
Teqlər: ParalimpiyaOyunları