“Tokio-2020”nin 11-ci günü- Çin liderliyini saxlayır

   “Tokio-2020”nin 11-ci günü-    Çin liderliyini saxlayır
  02 Avqust 2021    Oxunub:960
Avqustun 2-də - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının 11-ci günündə 80 ölkənin idmançısı medal qazanıb.
Azvision.az xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 29 qızıl, 17 gümüş və 16 bürünc medal qazanıblar. İkinci pillədə 22 qızıl, 25 gümüş və 17 bürünc medalla ABŞ təmsilçiləri, üçüncü yerdə isə 17 qızıl, 6 gümüş və 10 bürünc medalla Yaponiya atletləri qərarlaşıblar.

Avstraliya 14 qızıl, 4 gümüş, 15 bürünc medalla dördüncü, Rusiya Olimpiya Komitəsi isə 12 qızıl, 21 gümüş və 17 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (11-12-12), Fransa (6-10-7), Almaniya (6-6-11), Koreya Respublikası (6-4-9) və Niderland (5-7-6) qərarlaşıblar.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”də iki bürünc medal qazanıb. Medalları ölkəmizin aktivinə qadın cüdoçu İrina Kindzerska və boksçu Alfonso Dominges yazdırıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

a Azvision.az



Teqlər: Tokio-2020  





Xəbər lenti