Boksçumuzdan inamlı qələbə - Erməni rəqibi ilə döyüşəcək

  25 İyul 2021    Oxunub :472
   Boksçumuzdan inamlı qələbə -    Erməni rəqibi ilə döyüşəcək
63 kq. çəki dərəcəsində yarışan boksçumuz Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Azvision.az xəbər verir ki, 1/16 finalda Ukrayna təmsilçisi Yaroslav Hartsizlə üz-üzə gələn idmançımız tam üstünlüklə qalib gəlib – 5:0. Bununla da o, 1/8 finala yüksəlib.

Dünya çempionumuz 1/8 finalda Ermənistan təmsilçisi Ovannes Baçkovla üz-üzə gələcək. Döyüş iyulun 31-də olacaq.

Xatırladaq ki, dünən Azərbaycan boks millisinin üzvlərindən Məhəmməd Abdullayev (+91) Denis Latıpova (Bəhreyn) qalib gələrək 1/8 finala adlayıb. Lorenzo Sotomayor (69 kq.) və Tayfur Əliyev (57 kq) isə 1/16 finalda uduzaraq mübaribəni dayandırıblar.

Azvision.az

Teqlər: Tokio-2020  






Xəbər lenti