Bələdiyyə seçkisilə bağlı qrant müsabiqəsi başlayır

Bələdiyyə seçkisilə bağlı qrant müsabiqəsi başlayır
  13 Mart 2014    Oxunub:1394
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Gündəlikdə duran məsələlər haqqında məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev yerli QHT-lər üçün yeni qrant müsabiqəsi haqqında danışıb.
Azay Quliyev müsabiqə üçün təklif edilən mövzular haqqında Şura üzvlərinə ətraflı məlumat verib. Bunlar 2014-cü il bələdiyyə seçkiləri ilə bağlı seçicilərin maarifləndirilməsi və seçkilərin monitorinqi, mənəvi və əxlaqi dəyərlərin təbliği, ictimai və sosial sahədə innovativ təşəbbüslərin dəstəklənməsi mövzularıdır.

Katibliyin icraçı direktoru F. Qurbanov QHT-lər tərəfindən göndəriləcək layihə təkliflərinin yenə elektron şəkildə Şuranın www.e-qht.az saytı vasitəsi ilə qəbul olunacağını bildirib. Fərasət Qurbanov QHT-lərdən reysterdən çıxarış sənədinin tələb edilməsinin əvvəlki tək müsabiqə şərtlərindən biri olduğunu qeyd edib.

Şura sədri, millət vəkili Azay Quliyev qrant müsabiqəsi üçün təklif edilən mövzuların önəmindən bəhs edərək onların hər üçünün aktuallıq kəsb etdiyini bildirib. A.Quliyev QHT-lərin layihə təkliflərinin innovativliyi ilə fərqlənməsinin vacibliyini də vurğulayıb. Şura sədri QHT-lərin 1 aprel 2012-ci ilədən etibarən alınmış reysterdən çıxarışlarının Şura tərəfindən qəbul edilməsinin uyğun olduğunu qeyd edib.

Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən görüşdə 13 mart 2014-cü ildə yerli QHT-lər üçün növbəti qrant müsabiqəsinin elan edilməsi haqqında qərar qəbul edilib. Şura eyni zamanda 17 mart 2014-cü ildə QHT-lər üçün məlumatlandırma sessiyasının keçirilməsini də məqsədəuyğun sayıb.


Teqlər:





Xəbər lenti