Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır

Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşır
  17 İyun 2021    Oxunub:1114
Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,26 dollar geriləyərək 74,13 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar ucuzlaşaraq 71,87 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq 76,52 dollar təşkil edib.


Azvision.az


Teqlər: Neft  





Xəbər lenti