`Xədicə, üzr istə!` - `Nurçular` Xədicə İsmayıla qarşı
Bu statusdan sonra lisey məzunları həmin statusun altında "Xədicə, üzr istə!" yazaraq, ondan üzr istəməsini tələb ediblər. 600-ə yaxın Fətullah Gülənə bağlı olan lisey məzunu Xədicə İsmayılovadan üzr istəməsini tələb edib.
Daha sonra Xədicə İsmayıl bu mövzuda daha bir neçə status paylaşıb. O, yazıb: “Deməli nə baş verdi. Facebookda bir paylaşım gördüm. Samanyolu kanalının Xəzər TV-yə çevrilməsinin necə baş verdiyini göstərdiyi iddia edilən email barədə məqalə idi. Xəzər TV-nin Gülən camaatı ilə əlaqəsi və Samanyolunun sadəcə sənədləri dəyişilmiş forması olması zatən yeni söhbət deyil. Amma bu məsələ ətrafında gedən propaqanda savaşı həqiqətən maraqlıdır mənə. Nə isə, nə "inanıram" yazdım, nə "inanmıram" yazdım. Dördcə hərfdən ibarət şərh ilə "oppa" sözü ilə paylaşdım xəbəri. Bu paylaşımın altında əsasən lisey məzunlarından ibarət bir mob başladı məni, ailə üzvlərimi təhqir eləməyə.Mən heç kimi təhqir etmədən təhqirə məruz qaldım. Üstəlik də üzrxahlıq tələb edirlər”.