Azərbaycanlıların Putinə qarşı daha bir etirazı

Azərbaycanlıların Putinə qarşı daha bir etirazı
  09 Mart 2014    Oxunub:1370
Kanadanın Toronto vilayətində Putin əleyhinə aksiyada Azərbaycan bayraqları dalğalandırılıb.
Azərbaycan əsilli kanadalılar Rusiya prezidenti Vladimir Putinə “Əlini Ukraynadan çək” çağrışını ediblər.

AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Kanadanın Toronto vilayətində Rusiya prezidenti Vladimir Putinin Krımı işğal etməsi ilə bağlı aksiya keçiriliblər.

Səhər saatlarında başlayan aksiya zamanı Ukrayna, Krım və Azərbaycan əsilli kanadalılar Rusiya əleyhinə şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları daha sonra vilayətdə olan Rusiya Konsulluğunun qarşısına gəliblər. Aksiya iştirakçılarının əllərində Kanada, Ukrayna, Krım və Azərbaycan bayraqlarının olduğu bildirilir.

Nümayiş bir neçə saatdan sonra bitib.

Xatırladaq ki, 7 martda Rusiyanın Krım Muxtar Respublikasına hərbi müdaxiləsinə etiraz əlaməti olaraq ABŞ-da Ağ evin qarşısında keçirilən aksiyada da azərbaycanlılar iştirak etmişdilər.


Teqlər:





Xəbər lenti