DYP İsmayıllıda reyd keçirdi, sürücülər cərimələndi

DYP İsmayıllıda reyd keçirdi, sürücülər cərimələndi
  07 May 2021    Oxunub:1800
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar nəzarət-profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

"Əvvəllər də edilən xəbərdarlıqlara baxmayaraq, yenə də analoji qayda pozuntusuna yol verən bəzi sürücülər barəsində isə inzibati protokol tərtib olunub", - məlumatda bildirilib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti