Lənkərandakı ana ölümü araşdırılır - Prokurorluq

 Lənkərandakı ana ölümü araşdırılır -  Prokurorluq
  04 May 2021    Oxunub:2247
Mayın 3-də saat 21 radələrində Lənkəran rayonunun Soru kənd sakini Xangəldiyeva Rəqsanə Səmid qızının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Lənkəran rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, aparılmış araşdırmalarla Rəqsanə Xangəldiyevanın mayın 2-də “39 həftəlik hamiləlik, dölün köndələn gəlişi, I cərrahi doğuş” diaqnozu ilə daxil olduğu Lənkəran rayon Mərkəzi Xəstəxananın Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağın doğulması, ertəsi gün ananın vəziyyətinin pisləşməsi və saat 21 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran rayon prokurorluğunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Lənkəran   Ölüm  





Xəbər lenti