Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi

 Göyçayda özünü asan oğlanı anası son anda xilas etdi
  26 Mart 2021    Oxunub:4229
Göyçay rayonunda intihara cəhd olub.
Rayonun Şəkər kənd sakini, 1994-cü il təvəllüdlü Əhmədov Kamal Eynulla oğlu yaşadığı evdə kəndirlə özünü asıb. Hadisədən xəbər tutan Kamalın anası onu ölümdən son anda xilas edib.

Boğularaq koma vəziyyətinə düşən Kamal Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır. Gəncin özünü öldürmək istəməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Göyçay rayon prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

Azvision.az


Teqlər: İntihar   Göyçay   Gənc  





Xəbər lenti