Azərbaycanda kredit qoyuluşları artıb

Azərbaycanda kredit qoyuluşları artıb
  19 Mart 2021    Oxunub:1216
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sistemi üzrə kredit qoyuluşları 0,6% artıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizi parametrlərinə aid dərc etdiyi məlumatında deyilir.

Bildirilir ki, biznes kreditləri 0,6%, ipoteka kreditləri 3,2% artıb, istehlak kreditləri isə 0,7% azalıb:

"Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcək".

Azvision.az


Teqlər: Kredit   Azərbaycan  





Xəbər lenti