“Nar+” tətbiqini yüklə, xüsusi bonuslardan yararlan!
Xatırladaq ki, “Nar+” tətbiqi hesabı daha asan idarə etməyə və bir çox mühüm əməliyyatları bir neçə saniyədə yerinə yetirməyə imkan verir. Bu tətbiqlə abunəçilər tariflər haqqında məlumat əldə edib, özlərinə ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edə, bonuslarını yoxlaya və yeniləyə bilirlər.
Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də müraciət edib suallarını ünvanlaya bilərlər. Qeyd edək ki, ötən il onlayn çat xidmətindən yararlananların sayı 195 mini ötüb.
“Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 99,9%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.
Azvision.az
Teqlər: Nar