Azərbaycan fevralda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib.
Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barrel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barrel səviyyəsində saxlanılacaq. “OPEC+” ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 milyon barrel təşkil edəcək.
Azvision.az
Teqlər: OPEC