Hesablama Palatası BNA ilə bağlı Baş Prokurorluğa müraciət edəcək |
İşçi qrup çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) tanışlıq səfəri edib. Nazirliyin təmsilçilərinə Mərkəzin fəaliyyət istiqamətləri, o cümlədən Coğrafi İnformasiya Sistemlərinin (CİS) idarə olunması ilə bağlı proqram təminatı-elektron xəritə və “Hava keyfiyyətinin indeksi” layihəsi haqqında məlumat verilib. İşçi qrupunun fəaliyyətinə dair məsələləri müzakirə edən görüş iştirakçıları Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin iş prosesi ilə əyani tanış olublar.
BMT-nin dayanıqlı inkişaf məqsədlərinin 11-ci bəndində ehtiva edilən “Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək” üçün BNA öz töhfəsini verir. Bu baxımdan Bakıda əlverişli ekoloji mühiti formalaşdırmaq üçün BNA həm yerli, həm də xarici platformalarda fəal iştirak edərək ən qabaqcıl təcrübələri öyrənir və tətbiq edir.
Azvision.az