Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişiklik - YENİLƏNİB |
Nazir beynəlxalq əlaqələrin, habelə Avropa İttifaqı ölkələri, o cümlədən Rumıniya ilə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan və Ruminiya dövlət başçılarının qarşılıqlı səfərləri, imzaladıqları əməkdaşlıq sənədləri iki ölkə arasında əlaqələrin inkişafına şərait yaradıb. Bu gün Avropanın vacib və etibarlı tərəfdaşı olan və ötən dövrdə enerji ixrac marşrutlarını şaxələndirən Azərbaycan Avropanın enerji təhlükəsizliyinə də öz töhfələrini verməkdədir.
Nazir ölkəmizdə nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm, mədəniyyət, elmi-texniki sahələrdə Rumıniya şirkətlərinin uğurla fəaliyyət göstərdiklərini qeyd edib.
D.İanku Rumıniyanın Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini, ölkəmizdəki diplomatik fəaliyyəti dövründə də bu məqsəd üçün səylərini daim artırdığını diqqətə çatdırıb. Bu gün iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu vurğulayıb.
Görüşdə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətinin iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyəti qeyd edilib. Bu əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafına, həmçinin Müştərək Komissiyanın növbəti iclasının keçirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Azvision.az