Paytaxtın Nizami küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır |
Yolun trası ilk 2 km-lik ərazidə Muğanlı qəsəbəsinə çatmamış mövcud yolun lokal sürüşmə sahəsindən əvvəl başlanıb, sözügedən qəsəbədən və qəsəbədən sonrakı enişdə aktiv sürüşmə sahəsindən yan keçməklə layihələndirilib. Nəticədə yolun Ağsuçayınadək olan hissəsində tras 1,1 km, Ağsuçaydan sonrakı hissədə yol mövcuddan ayrılaraq yeni trasda yeni Ağsuçay körpüsü və tunel hesabına 1.4 km qısalır.
Belə ki, layihələndirilən yolun 4,5-ci km-də Ağsuçayla və çay vadisi ilə kəsişmədə 1135 metr uzunluqda və 76,5 m hündürlüyündə böyük asma körpü layihələndirilib. Yol Ağsuçayı üzərindəki körpüdən sonra qarşılaşan hündür dağdan uzunluğu 865 metr olan tunellə keçəcək. Basqal kəndi yaxınlığında trası düzləndirmək hesabına isə yol 2,2 km qısalır.
Digər hissələrdə layihələndirilən tras Qəbələ şəhərinədək mövcud yol oxu ilə davam edir. Yolun tras Qəbələ şəhərinə daxil olmadan soldan yeni tras ilə Dəmiraparançay vadisindən keçərək şəhərin çıxışında mövcud trasa birləşəcək. Bunun hesabına yol bu hissədə 5 km qısalır.
Trasın həm relyef, həm də geoloji və hidrogeoloji cəhətdən ən mürəkkəb, sürüşmələrə məruz qalan hissəsi ilk 14 hissəsidir ki, burda sürüşməyə qarşı tədbirlər olaraq svay istinad divarlarının, drenaj sistemlərinin tikintisi və s. mühəndisi tədbirlər nəzərdə tutulub.
Qurğular qüvvədə olan normativ yüklərə görə, 9 bal seysmikliyi nəzərə alınmaqla hesablanıb.
Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.
Azvision.az