Azərbaycanda illik inflyasiya 3,7% olub

   Azərbaycanda illik inflyasiya 3,7% olub
  15 Mart 2021    Oxunub:1271
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin eyni dövrünə nisbətən 103,7%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq məhsulları üzrə 103,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3% təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6%, əvvəlki ilin fevral ayına nisbətən 104,2% təşkil edib.

2021-ci ilin fevral ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,1%, əvvəlki ilin fevral ayına nisbətən 105,2% təşkil edib.

Azvision.az


Teqlər: DSK   Azərbaycan  





Xəbər lenti