“Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib”

 “Aİ-nin vaksinasiya strategiyasında səhvlərə yol verilib”
  14 Mart 2021    Oxunub:3343
Avropa İttifaqının koronavirusa qarşı vaksinasiya strategiyası çərçivəsində peyvəndlərin sifarişində səhvlərə yol verilib.

Azvision.az xəbər verir ki, bunu "Tagesspiegel AM Sonntag" qəzetinə müsahibəsində Avropa Komissiyası rəhbərinin müavini Frans Timmermans deyib.
"Doğrudur ki, həm Brüssel, həm də üzv dövlətlər tərəfindən peyvəndlərin sifarişində səhvlərə yol verilib. Lakin tələsmək lazım deyil. Pandemiya bitəndən sonra nəyin səhv və nəyin düzgün edildiyini görə biləcəyik", - deyə Frans Timmermans bildirib.

Onun sözlərinə görə, peyvəndlərin birgə sifarişi doğru addımdır, lakin bu razılaşma daha çox Almaniya kimi zəngin ölkələrin maraqlarına cavab verib.

Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti