İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
  14 Mart 2021    Oxunub:2096
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda təmsil olunan böyük şirkətlərin nümayəndələri ilə görüşüb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azvision.az -a bildirilib ki, görüşün keçirilməsində məqsəd ölkəmizin İKT sferasındakı müasir tendensiyaların müzakirəsi, rəqəmsal inkişafa səbəb olan şəraitin yaradılması üçün təkliflərlə tanışlıq və sektor üzrə problemlərin dinlənilməsi olub.

Görüş zamanı rəqəmsal transformasiyanın və innovasiya təşəbbüslərinin inkişaf perspektivləri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bu fəaliyyətdəki rolu və dəstəyi ətrafında geniş müzakirə aparılıb.

Eyni zamanda, pandemiya dövründə İKT sahəsinin vəziyyəti və gələcək fəaliyyətin istiqamətləri haqqında danışılıb.

Görüşdə şirkət rəhbərləri sektorun problemləri barədə ətraflı məlumat veriblər. Sonda iştirakçılar onlara göstərilən həssas münasibətə və diqqətə görə təşəkkür ediblər.

Azvision.az


Teqlər: Nazirlik   İKT   Görüş  





Xəbər lenti