Vergi Xidməti sahibkarlara müraciət edib

Vergi Xidməti sahibkarlara müraciət edib
  13 Mart 2021    Oxunub:2035
Yeni biznesini qeydiyyatdan keçirmək istəyən sahibkarlar, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektləri elektron dövlət qeydiyyatı sistemindən daha çox istifadəyə təşviq etmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə onlayn seminar təşkil olunacaq.
Azvision.az xəbər verir ki, bu barədə Vergi Xidməti məlumat yayıb.

Bildirilir ki, “Elektron dövlət qeydiyyatından istifadə” mövzusunda onlayn seminar martın 16-sı, saat 15:00-da keçiriləcək.

Azvision.az



Teqlər: Vergi  





Xəbər lenti