“Teatrsız aktyor sudan çıxarılan balığa bənzəyir” - Rafiq Əzimov

  “Teatrsız aktyor sudan çıxarılan balığa bənzəyir” -  Rafiq Əzimov
  02 Mart 2021    Oxunub:6673
“Artıq bir ilə yaxındır ki, tamaşaçı ilə ünsiyyətdə olmuruq. Bu, balığı sudan çıxarıb, kənara qoymaq kimi bir şeydir”.
Bunu Azvision.az -a Xalq artisti Rafiq Əzimov deyib.

Teatrların koronavirus səbəbindən bağlanmasından danışan aktyor onu sevənlərin qarşısında rol oynamaq üçün darıxdığını dilə gətirib.

“Ötən ilin mart ayından tamaşaçı görmürük. Onlarla canlı ünsiyyətdə olmadan rol ifa etmək asan deyil. Amma mən öz rejimimi tutmuşam. Repertuarımızda olan tamaşaları mütəmadi olaraq ya beynimdə, ya da rol dəftərindən məşq edirəm, davamiyyətimi saxlayıram. Belə işlərə ciddi yanaşıram. Çünki həmişə hazırlıqlı olmalıyam. Verilişlərə çıxanda da hazırlaşıram, bilmədiyim suallarla qarşılaşa bilərəm. Bizim sənətimizin tavanı yoxdur, qəbir evinə qədər öz üzərində işləməlisən. Gərək bu günlə ayaqlaşasan. Geridə qalmaq olmaz. Düyada baş verənlərdən xəbərdar olmalısan".

Bu yaxınlarda 83 yaşını qeyd edən Xalq artisti tamaşaçılardan çoxsaylı təbriklər aldığını söyləyib:

"Tamaşaçılar təbrik etdilər. Bu, məni həm sevindirdi, həm də üzərimə məsuliyyət qoydu. Deməli, insanların diqqətindəyəm, özümü ona uyğun aparmalıyam. Rejissorumuz həmişə deyirdi ki, aktyor gərək xəstələnməsin. O, tək öz ömrünü yaşamır. Elə etməlisən ki, millətin qarşısına çıxanda onlar səndən küsməsin. Mən hər verilişə getmirəm. Ona görə yox ki, saymıram. İstəyirəm elə bir veriliş olsun ki, tamaşaçı baxanda desin, halal olsun”.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Aktyor   RafiqƏzimov  





Xəbər lenti