Bakıda polisi aldadan şəxs tutuldu

Bakıda polisi aldadan şəxs tutuldu
  22 Fevral 2014    Oxunub:1259
Fevralın 20-də saat 7 radələrində naməlum şəxs Yasamal rayonunun ərazisindən, Azərbaycan prospektindəki taksofondan Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə zəng edərək “Nizamidə bomba var” deyib dəstəyi asıb.
Yasamal Rayon Polis İdarəsinin 26-cı bölməsi və Milli Təhlükəsizlik Nazirliyinin Yasamal Rayon İdarəsinin əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, amma məlumat təsdiqini tapmayıb.

Aparılmış araşdırmalarla məlumatın Bakı şəhər sakini, ruhi xəstə Eldəniz Balayev tərəfindən verildiyi müəyyən edilib və o, saxlanılıb.


Teqlər:





Xəbər lenti