ABŞ və NATO-dan Ukraynaya sərt xəbərdarlıq

 ABŞ və NATO-dan Ukraynaya sərt  xəbərdarlıq
  20 Fevral 2014    Oxunub:1106
NATO-nun baş katibi Ukrayna ilə bağlı bəyanat verib.
Şimali Atlantika Alyansı - NATO-nun baş katibi Anders Foq Rasmyusen, Ukrayna hakimiyyətinə qarşı sərt bəyanatla çıxış edib. NATO rəhbəri, Yanukoviç hökumətini Kiyev Meydanında nümayişçilərə qarşı davranışlarda zorakılığa son qoymağa və müxalifətə qarşı silah işlətməməyə çağırıb. Əks halda Ukrayna ilə Alyans arasında münasibətlərin pozula biləcəyi barədə xəbərdarlıq ünvanlayıb.

“Mən qətiyyətlə Ukrayna hökumətini bundan sonra zorakılıqlardan çəkinməyə çağırıram. Müxalifətə qarşı hərbi müdaxilə, Ukrayna ilə NATO əlaqələri ciddi şəkildə ziyan vura bilər”-deyə Rasmyusen sərt danışıb.

Bu arada Amerika Birləşmiş Ştatlarını vitse-prezidenti Cozef Bayden də Ukraynaya səsələnib. Co Bayden Ukrayna prezidenti Viktor Yanukoviçlə telefon söhbətində xüsusi təyinatlıları küçələrdən “yığışdırılmasını” tələb edib. Bu barədə Ağ Ev məlumat yayıb.

Bayden Ukraynanın hazırki vəziyyətindən olduqca narahat olduğunu bildirib. Bununla yanaşı, V. Yanukoviçi maksimum səbr nümayiş etdirməyə çağırıb.

Ağ evin məlumatında həmçinin bildirilir ki, “ABŞ hər iki tərəf, həm iqtidar , həm də müxalifət tərəfindən tətbiq olunan zorakılıq əməllərini qınayır, buna baxmayaraq hesab edir ki, gərginliyin aradan qaldırılması iqtidarın çiyinlərinə düşür”.

Ən son rəsmi məlumatlara görə Ukraynada Avropa İttifaqı ilə Assosasiya uğrunda baş qaldırmış hökumət əleyhinə etiraz aksiyaları zamanı yaranan iğtişaşlarda 18 nəfər ölüb. Ukrayna Səhiyyə Nazirliyinin məlumatına görə, 221 nəfər xəsarət alıb, 114 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyri rəsmi məlumatlarda isə yaralı sayının 600 -ə yaxın olduğu bildirilir.

Səbinə Həsənova
AzVision.az





Teqlər:  





Xəbər lenti