Bolqarıstan səfirliyi uşaqlar üçün müsabiqə keçirir

Bolqarıstan səfirliyi uşaqlar üçün müsabiqə keçirir
  10 Fevral 2021    Oxunub:5909
Bolqarıstanın Milli bayramı “3 Mart - Qurtuluş Günü” ilə əlaqədar olaraq, bu ölkənin Bakıdakı səfirliyi “Bolqarıstan uşaqların gözü ilə” mövzusunda uşaq rəsm müsabiqəsini elan edib.
Bu barədə Azvision.az -a Bolqarıstan səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, 16 yaşına qədər bütün maraqlanan uşaqlar ən çoxu 2 rəsmlə - istənilən ölçüdə, - pastel, akvarel, tempera üsullarından birində çəkilmiş rəsmlərlə iştirak edə bilərlər. Əsərlərin qəbulu üçün son tarix 24 revral 2021-ci ildir.

Rəsmlər, müəllifin adı, soyadı, yaşı, yaşadığı şəhər, elektron poçt ünvanı, əlaqə telefonu və məktəbi də qeyd etməklə Bolqarıstanın Bakıdakı səfirliyinə (Heseyn Cavid pr. 13) təqdim olunmalıdır.

Qiymətləndirmə iki yaş qrupunda aparılacaq: 10 yaşa qədər və 11 yaşdan 16 yaşa qədə. Münsiflər heyətinə məşhur bolqar rəssamı Qabriel Panev rəhbərlik edəcək
Uşaqların rəsmləri onlayn sərgidə yer alacaqdır, Bolqarıstanın Bakıdakı səfirliyinin internet səhifəsində, eləcə də Facebook səhifəsində paylaşılacaqdır, eləcə də onlardan ən gözəlləri səfirliyin binasında sərgilənəcək.

Bütün iştirakçılara elektron formatda diplomlar veriləcəkd və hər bir kateqoriya üçün mükafatlandırılmış əsərlərə görə - birinci, ikinci, üçüncü yer və həvəsləndirici yer sahiblərinə uşaq istedadlarının inkişafına təkan verən tematik mükafatlar təqdim olunacaq.

Səfirlik il ərzində epidemiya vəziyyətinin inkişafından asılı olaraq, "Bolqarıstan uşaqların gözü ilə" adlı canlı bir sərgi təşkil etməyi də planlaşdırır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: rəsmmüsabiqəsi  





Xəbər lenti