“Kapital Bank”ın dəstəyi ilə növbəti “Yaşa” mərkəzi açılıb
“Yaşa” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar var, həmçinin fərdi kitabxana fəaliyyət göstərir.
Qeyd edək ki, “Yaşa” mərkəzinin Bakıda da ofisi (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi,1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2000-dən çox fəal üzvü var və tədbirlərdə hər layihə üzrə 70-80 nəfər iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün 0556801155, 0555165002 nömrələrinə və ya “www.teqaudchu.az” saytına müraciət etmək olar.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, 196 Sorğu mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Azvision.az
Teqlər: Kapital-Bank