SOCAR haqqında saxta məlumatlar yayılıb
"Səhifə Azərbaycan vətəndaşlarının şəxsi məlumatlarını əldə etmək məqsədi güdür. Bunun müqabilində vətəndaşlara saxta qazanc imkanı təklif olunur. SOCAR tam qətiyyətlə socar.space saytı ilə heç bir əlaqəsi olmadığını, internetdə insanlara bu cür qazanc təklifi etmədiyini bildirir. Araşdırma aparıldıqdan sonra saytı yaradan şəxslərə qarşı müvafiq hüquqi tədbirlər görüləcək", - deyə məlumatda qeyd olunub.
Azvision.az
Teqlər: SOCAR