Berluskoni rəsmən boşandı

Berluskoni rəsmən boşandı
  19 Fevral 2014    Oxunub:1050
İtaliyanın keçmiş baş naziri ikinci həyat yoldaşı Veronika Lariodan ayrılıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, İtaliyanın Monts şəhər məhkəməsi Berluskonini həyat yoldaşı ilə boşanmasını rəsmləşdirib.

Buna baxmayaraq o, həyat yoldaşı ilə alimentin miqdarı ilə məhkəmə çəkişməsinə davam edəcək.
Hələ oktyabr ayında məhkəmə Veronika Larioyaya ödəniləcək aylıq aliment haqqını 3 milyondan 1,4 milyon avroya qədər azaltmışdı. Lakin son qərarı məhkəmə hələ qəbul etməyib.

Xatırladaq ki, 1980-ci ildən bəri bir yerdə olan cütlüyün Barbara, Eleonora və Luici adlı 3 övladları var. 2009-cu ildə Berluskoninin baş nazir postunda olarkən azyaşlı qızlarla qanunsuz münasibətlərdə olması xəbəri yayıldıqdan sonra Lario ərindən boşanmışdı.

Hazırda 77 yaşlı Berluskoni 28 yaşlı Françeska Paskale ilə sevgilidir. Cütlüyün gələcəkdə evlənmək planları var.

AzVision.az


Teqlər:





Xəbər lenti