Türklər Abdulla Gülü boykot edir

Türklər Abdulla Gülü boykot edir
  19 Fevral 2014    Oxunub:1190
Türkiyə prezidenti Abdulla Gül Türkiyə Böyük Millət Məclisində hazırlanıb qəbul olunan “İnternet haqqında” qanunu təsdiqləyib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident qanunun iki maddəsinin dəyişidirlməsi ilə bağlı təklif verib. “İnternet haqqında” qanunda müzakirəyə səbəb olan maddələr yenidən hazırlanacaq.

Prezidentin adı çəkilən qanunu təsdiqləməsindən sonra Tvitter sosial şəbəkəsində Gülü izləyənlərin sayı xeyli azalıb. Təxminən 70 minə yaxın istifadəçi Gülü izləyənlər cərgəsindən çıxıb. Onlar bu addımı prezidentin sözügedən qanunu təsdiq etməsi ilə əlaqələndirirlər.

Belə ki, hazırda 4 milyon 390 min izləyicisi olan Gül yerli vaxtla saat 20:30-da qanunu təsdiqləyini açıqlayandan sonra onu izləyənlərin sayı 4 miylon 327 minə düşüb. Səhər saat 07:00-da isə bu rəqəm 4 milyon 320 minə qədər enib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti