Ukraynada 3 müxalifətçi öldürüldü, xeyli yaralı var

Ukraynada 3 müxalifətçi öldürüldü, xeyli yaralı var
  18 Fevral 2014    Oxunub:1028
Bu barədə müxalifətçi deputat Lesya Orobeç məlumat verib.
AzVision.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu gün Kiyevdəki toqquşmalarda 3 nəfərin ölümü barədə “Batkovşina” partiyasından parlament deputatı olan Lesya Orobeç öz Facebook-dakı səhifəsində məlumat verib.

Onun verdiyi məlumata görə, cəsədlər Zabitlər Evinə gətirilib. Binada müxalifətçilər tərəfindən müvəqqəti tibb məntəqəsi təşkil olunub. Daha 7 yaralı fəalın ağır xəsarətlər aldığı da deputatın verdiyi məlumatlar arasındadır.

“Avromeydan” hərəkatının iştirakçılarından olan Olqa Boqomoleç də 3 nəfərin öldürüldüyün təsdiqləyib. Onun sözlərinə görə, ölənlər odlu silahdan açılan atəşdən dünyalarını dəyişib.
“Bizə yanımıza “təcili yardım” maşınlarını buraxmırlar. İnsanlar vaxtında tibbi yardım almamaqları səbəbindən keçinirlər”-deyə o əlavə edib.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Həkimlərin sözlərinə görə, səhərdən Ali Radanın qarşısında baş verən toqquşmalarda 150 nəfərin xəsarət aldığı bildirilir.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti