Gülnarə Kərimovanın yaxınları həbs edildi

Gülnarə Kərimovanın yaxınları həbs edildi
  18 Fevral 2014    Oxunub:1116
Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın yaxınlarından bir neçə nəfər saxlanılıb.
AzVision.az rus mətbuatına istinadən verdiyi məlumata görə, həmin insanlar saxlanılaraq prokurorluğa aparılıb.

Özbəkistan mətbuatı is əsasən Rüstəm Madumarov, Hayan Avakyan və Yekaterina Klyuevanın adlarını hallandırır. Onlar Kərimovanın yaxın əməkdaşlarıdır. Bildirilir ki, onlar “Terra group”, “Prime Media”, “Gamma Promotion” və digər firmaların vergidən yayınması və məxfi pullarla bağlı saxlanılıb.







Teqlər:  





Xəbər lenti