İlk `smart`məscid istifadəyə verildi

İlk `smart`məscid istifadəyə verildi
  17 Fevral 2014    Oxunub:1207
Bu ağıllı və smart layihə ilk dəfə olaraq Dubay məscidlərinin birində istifadə edilir.
Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) “Vəqfiyyat və Dini İşlər” İdarəsinin təşəbbüsü ilə istifadəyə verilən `smart məscid` vasitəsilə, məscid haqqında məlumatlar əldə etmək mümükündür. Məlumatlara məscidin tarixi, inşası və memarlığı, ərazisi və həmçinin namaza gələnlərin sayı və s. daxildir.

Məscidə girən insan telefon və ya digər cihaz vasitəsilə avtomatik şəkildə sözügedən proqrama daxil ola biləcək.

Dünyada ilk olan bu layihədə “QR Code” texnologiyasından istifadə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti