2014-ci il çoxmu isti keçəcək?

2014-ci il çoxmu isti keçəcək?
  17 Fevral 2014    Oxunub:1441
Uzunmüddətli meteoproqnozlar cari ilin sistemli hava müşahidələri tarixində ən isti il olacağını göstərir.
Bunun əsas səbəbi kimi El-Ninyo adlı təbiət hadisəsinin baş verməsidir.

El Ninyo hadisəsi Sakit okeanın dərinliklərindəki isti suyun suyun üzərinə çıxması və ekvator boyu Amerika sahillərinə qədər yayılmasına deyilir. 9 ay və ya daha çox müddətdən sonra El Ninyo özü ilə şiddətli yağıntılar gətirir. Peru və Ekvador bölgəsində yağıntılar sel və torpaq sürüşmələri ilə müşahidə olunur. Əvəzində İndoneziya və Avstraliya quraqlıq və yanğınlarla mübarizə aparmalı olur.

“Müəyyən müddətə qədər El-Ninyonun bu il də baş verəcəyini söyləmək çətindir. El Ninyonun miqyasını aprel ayından başlayaraq iyun ayına qədər olan müddətdə qiymətləndirmək olar”-deyə Avstraliyalı meteroloqlar bildirir.

Okean və atmosferin dəyişkənliyi vəziyyətində El-Ninyonun əlamətlərini müəyyən etmək xeyli çətindir. Hətta El-Ninyo artıq formalaşıbsa belə onun inkişafını proqnozlaşdırmaq xeyli çətindir. Bununla belə, Almaniyanın Hessen universitetinin alimləri El-Ninyonun inkişaf istiqamətlərini proqnozlaşdıran model hazırlamağa müvəffəq olublar.

Yeni metodika göstərir ki, El-Ninyonun formalaşma mərhələsi 2013-cü ilin sentyabrından başlayıb. Beləliklə, El Ninyonun 2014-cü ildə baş vermə ehtimalı 76%-ə bərabərdir. Bundan başqa, alimlərin fikrincə, 2014-cü El-Ninyosuz da isti keçəcək. Amma bu anomal təbiət hadisəsi də baş verərsə, onda il daha da isti keçəcək. Qeyd etmək lazımdır ki, El-Ninyo 2 təqvim ili arasında dəyişir və buna görə, isti hava ilə bağlı proqnozlar 2014-cü ilə deyil, 2015-ci ilə aid ola bilər.

Qeyd etmək lazımdır ki, alimlər El-Ninyonun 1998-ci ildə on minlərlə insanın ölümünə səbəb olan formada təzahür edəcəyini yaxın illər üçün gözləmirlər. Buna baxmayaraq, isti irimiqyaslı yanğınlara, quraqlığa, yağıntılara və epidemiyaya yol aça bilər.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti