Yaponiyada ölənlərin sayı 11-ə çatdı – VİDEO

Yaponiyada ölənlərin sayı 11-ə çatdı – VİDEO
  16 Fevral 2014    Oxunub:1007
AzVision.az LifeNews-a istinadən xəbər verir ki, Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 1300-dən çox insan xəsarət alıb. Təbii fəlakət nəticəsində 18 mindən çox ev işıqsız qalıb, ölkənin nəqliyyat sistemində ciddi problemlər yaranıb. Qeyri-sabit hava şəraiti səbəbindən 830-dan çox təyyarə reysi təxirə salınıb. Problemlər həmçinin qatarların hərəkətində də yaşanır. Magistral avtomobil yollarında nəqliyyatın hərəkəti qismən məhdudlaşıb. Qeyd edək ki, ötən həftənin sonunda ölkəyə yağan güclü qar nəticəsində azı 15 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.




Teqlər:





Xəbər lenti