Ukrayna müxalifəti geri çəkilir - VİDEO

Ukrayna müxalifəti geri çəkilir - VİDEO
  16 Fevral 2014    Oxunub:1210
Ukrayna müxalifəti binaları boşaldır və barrikadaları sökür.
Ukrayna müxalifətinin tərəfdarları bundan əvvəl zəbt etdikləri şəhər administrasiyalarının binalarını boşaltmağa və Kiyevin mərkəzi Qruşevski küçəsində quraşdırdıqları barrikadaları sökməyə başlayıblar. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 17-dək hökumət binalarının azad edilməsi və küçələrin mühasirəsinin aradan qaldırılması Ukraynada kütləvi iğtişaşların iştirakçılarına münasibətdə qüvvəyə minmiş amnistiya haqqında qanunun əsas şərtidir.

Müxalif "Batkivşina" partiyasından Radanın xalq deputatı Arsen Avakov öz "facebook" səhifəsində yazıb ki, müxalifət tərəfdarları bazar gününə keçən gecə Ternopol, İvano-Frankovsk, Lvov və Poltava şəhər administrasiyalarının binalarını boşaldıblar, bu gün isə dekabrın 1-də zəbt edilmiş Kiyev şəhər administrasiyasının binasının azad edilməsi planlaşdırılır.

Xatırladaq ki, Ukraynada etiraz aksiyaları ötən ilin noyabr ayında Nazirlər Kabinetinin avrointeqrasiyaya fasilə verilməsi barədə açıqlamasından sonra başlayıb. Müxalifətin yanvarın 19-da Kiyevdə keçirdiyi növbəti xalq nümayişi zamanı radikallarla hüquq mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. İştişaşlar nəticəsində 3 nəfər həlak olub. Müxalifət hökumətin istefasını və avrointeqrasiyanın davam etdirilməsini tələb edir.

Ukrayna Prezidenti Viktor Yanukoviç Nikolay Azarovun Baş nazir vəzifəsindən azad edilməsinə dair fərman imzalayıb. Fərmana əsasən, Nazirlər Kabineti də istefaya göndərilib. Hazırda Baş nazirin səlahiyyətlərini Baş nazirin I müavini Sergey Arbuzov icra edir.




Teqlər:  





Xəbər lenti