Çində Fənərlər festivalında 6 nəfər öldü

Çində Fənərlər festivalında 6 nəfər öldü
  16 Fevral 2014    Oxunub:982
Çində Fənərlər festivalı atəşfəşanlığı 6 nəfərin ölümünə səbəb olub.
AzVision.az xəbər verir ki, Çin Xalq Respublikasında (ÇXR) ay təqvimi ilə yeni ilin 15-ci günündə qeyd olunan Fənərlər festivalı atəşfəşanlığı zamanı 2581 yanğın hadisəsi qeydə alınıb, nəticədə 6 nəfər həlak olub.

ÇXR İctimai Təhlükəsizlik Nazirliyinin fevralın 15-də yaydığı məlumatda qeyd olunur ki, ötən gecə baş verən yanğın hadisələrinə ümumilikdə 33500 nəfər yanğınsöndürən cəlb olunub.

Bayram atəşfəşanlığı böyük şəhərlərdə, xüsusilə paytaxt Pekində havanın xeyli dərəcədə çirklənməsinə səbəb olub. Belə ki, Pekində Hava Keyfiyyəti İndeksi üzrə göstərici 500-ü ötüb, paytaxtın ətraf rayonlarında isə hətta 900-ə çatıb. Bu, sadə dillə xeyli zəhərli hava deməkdir.

AzərTAc


Teqlər:





Xəbər lenti