Yaponiyada güclü qar fəsadlar yaradıb, 9 ölü- VİDEO

Yaponiyada güclü qar fəsadlar yaradıb, 9 ölü- VİDEO
  16 Fevral 2014    Oxunub:1031
Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 1300-dək insan xəsarət alıb. AzVision.az “Associated Press”ə istinadən xəbər verir ki, magistral yolda 40 kilometrədək tıxac yaranıb. Bir çox yollar nəqliyyatın hərəkəti üçün tamamilə bağlanıb. Paytaxt Tokioda 25 santimerədək qarın yağması beynəlxalq hava limanının bağlanmasına səbəb olub. Paytaxtda alış-veriş mərkəzlərindən birinin damı üzərinə düşən qarın ağırlığından çöküb.

Yaponiyanın Meteorologiya Xidmətindən bildiriblər ki, fevralın 15-də səhər saat 9-a olan məlumata görə, Yamanasi prefekturasının Kofu şəhərində qarın qalınlığı 1 metr 14 santimetrə bərabər olub. Bu, müvafiq statistikanın aparılmağa başladığı son 120 ildə rekord göstəricidir.


Tokio da isə qarın hündürlüyü bir həftə əvvəlki göstəricini təkrarlayaraq, son 45 ildə ikinci dəfə 30 santimetrə çatıb.

Tokionun dəmir yolu şirkətləri qar nəticəsində baş vermiş qəzalara görə qatarların hərəkətini dayandırmağa məcbur olublar.

Güclü qar universitetlərdə qəbul imtahanlarının cədvəlinə də mənfi təsir göstərib. Yaponiya paytaxtındakı universitetlərin bir çoxu imtahanların başlama vaxtını 1-3 saat geriyə çəkməyə məcbur olublar.




Teqlər:  





Xəbər lenti