Tamaşaçı “Sultan Süleymanı” məhkəməyə verdi

Tamaşaçı “Sultan Süleymanı” məhkəməyə verdi
  15 Fevral 2014    Oxunub:1096
“Möhtəşəm yüz il” serialının ardından hər kəs şahzadə Mustafa məqbərəsini ziyarət edərkən Bursa ədliyyəsində qəribə bir hadisə yaşanıb.

Azvision.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hasan Köz adlı vətəndaş serialda Sultan Süleyman Qanuninin oğlu Şahzadə Mustafanı öldürməsi səhnəsindən təsirlənərək məhkəməyə müraciət edib.

Şahzadə Mustafanın haqqının bərpa olunmasını və Sultan Süleyman Qauninin padşahlıqdan məhrum edilməsi üçün cinayət işi açılmasını tələb edib.

Hasan Köz isə bu barədə belə bildirib:” Sultan Süleyman Qanuninin oğlu Mustafanı boğduraraq öldürməsi səbəbiylə ədliyyəyə gəldim və cinayət işinin açılmısını xahiş etdim. Mustafanın pozulmuş hüququnun bərpa olunmasını və Sultan Süleyman Qanuninin padşahlıqdan məhrum edilməsini istəyirəm.”

Bu cinayət-istintaq işinin nə ilə nəticələnəcəyi hələki məlum deyil.

Emin


Teqlər:  





Xəbər lenti