`2040-cı ildə yadplanetlilərlə görüş baş tutacaq` - PROQNOZ

`2040-cı ildə yadplanetlilərlə görüş baş tutacaq` - PROQNOZ
  14 Fevral 2014    Oxunub:1302
Kainatda sivilizasiyaların axtarışını aparan SETİ proyektinin baş astronomu Set Şostakın fikrincə, onun bu iddiasını Kepler kosmik teleskopu vasitəsilə əldə edilən məlumatlar da təsdiqləyir.
NASA-nın Stenforddakı simpoziumunda çıxış edən Şostak bildirib ki, canlıların yaşadığı planetlərin olması ehtimalı həddən artıq yüksəkdir. Yaxın 20 il ərzində astronomlar ulduz sistemlərini asanlıqla işıqlandıra biləcəklər.

Şostakın sözlərinə görə, hər 5 ulduzdan birində həyat olduğu ehtimalı var. Buna əsasən alim kainatda Yer kürəsinə bənzər milyardlarla planetin olduğunu bildirib.

Əgər onların heç olmasa birində bizim intellektimizə bərabər yaxud daha üstün canlılar yaşayırsa, onlar təbii ki, Yerdən göndərəcəyimiz radiosiqnalları alacaq və cavab verəcək.
Şostakın fikrincə, hazırda yadplanetlilər gözləyirlər ki, onlarla əlaqə yaradılsın.

SETİ proyekti 1959-cu ildə başqa sivilizasiyalarla əlaqə yaratmaq üçün yaradılıb. 2000-ci illərin əvvəllərində proekt üzvləri ehtimal edirdilər ki, kompüter texnologiyalarının sürətli inkişafı 2025-ci il üçün insanların yadplanetlilərlə əlaqə yaratmağı təmin edəcək.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti