Umarov Ermənistanda terror aktı planlaşdırır

Umarov Ermənistanda terror aktı planlaşdırır
  14 Fevral 2014    Oxunub:1660
“Qafqaz İmarəti” təşkilatının lideri Rusiyanın Ermənistan ərazisində yerləşən obyektlərindən birində terror aktı planlaşdırır. Bu barədə erməni mətbuatı hökumət mənbələrinə istinadən yazır.

“Etibarlı mənbənin verdiyi məlumata görə, hüquqmühafizə orqanları bu barədə məlumatlıdırlar. Umarov bildirib ki, Soçi Qış Olimpiadasını mütləq pozmaq lazımdır. Bu məqsədlə terror aktı törədiləcək. Əgər güclü təhlükəsizlik tədbirləri ilə əhatə olunmuş Soçidə mümkün olmasa, umarovçilar ruslara qarşı planlaşdırdıqları terror aktını nəzarətin nisbətən zəif olduğu yerlərdə həyata keçirəcəklər. Ermənistanda onlarla rus obyekti var ki, onların bir hissəsi kifayət qədər qorunmur” –deyə erməni mətbuatı yazır.

S. Həsənova


Teqlər:  





Xəbər lenti