İtaliyanın Baş naziri Enriko Letta istefaya gedir

İtaliyanın Baş naziri Enriko Letta istefaya gedir
  14 Fevral 2014    Oxunub:956
İtaliyanın Baş naziri Enriko Letta istefaya getmək niyyətində olduğunu və bununla bağlı artıq Prezidentə məlumat verdiyini bildirib. Bu barədə AzVision.az RİA Novosti-yə istinadən məlumat verir.

Baş nazirin rəsmi bəyanatında bildirilir: "Bu gün Demokratik Partiyanın rəhbərliyi tərəfindən qəbul edilən qərarın yekunu üzrə İtaliya Prezidenti Corco Napolitanoya məlumat verdim ki, mən sabah Kvirinal Sarayına gəlmək və Nazirlər Şurasının rəhbəri vəzifəsindən istefa verməyim barədə ərizəni təqdim etmək niyyətindəyəm".


Teqlər:





Xəbər lenti