İsrail Türkiyəyə təzminat ödəməkdən imtina etdi

İsrail Türkiyəyə təzminat ödəməkdən imtina etdi
  13 Fevral 2014    Oxunub:1314
İsrailin baş naziri Binyamin Netanyahu 2010-cü ilə “Mavi Marmara” gəmisində ölən Türkiyə vətəndaşlarının qohumlarına 20 milyon dollar təzminatın ödənilməsini nəzərdə tutan sənədi imzalamaqdan imtina edib.
AzVision.az xəbər verir ki, İsrail mətbuatında yazılan məlumatlara görə, Netanyahunun bu addımı atmasına səbəb onun radikal sağ qüvvələrin təpkisindən çəkinməsi olub.

Qeyd edək ki, fevralın 3-də İsrail hökuməti “Mavi Marmara” gəmisində ölən Türkiyə vətəndaşlarının qohumlarına təzminat ödəyəcəklərini bildirmişdilər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti