Arvadı məşhur milyarderi döydü

Arvadı məşhur milyarderi döydü
  13 Fevral 2014    Oxunub:1456
Milyarder Corc Soros keçmiş sevgilisi, braziliyalı aktrisa Adriana Ferreyr tərəfindən döyülüb. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə məhkəmə salonunda baş verib. Belə ki, 30 yaşlı aktrisa keçmiş sevgilisi Sorosu onu fiziki istismara məruz qoyduğu və vəd etdiyi Nyu-Yorkda yerləşən 1.9 milyon dollarlıq evi ona vermədiyi iddiası ilə məhkəməyə verib. Sorosdan 50 milyon dollar təzminat tələb etdiyi məhkəməyə gələn Adriana salona kamera ilə daxil olub və bildirib ki, prosesi çəkəcək. Bu zaman Sorosla onun arasında qarşıdurma yaranıb və aktrisa milyarderə hücum edib.

Şahidlərin dediyinə görə dava əsnasında Sorosun qulağındakı eşitmə cihazı yerə düşüb. Milyarderin vəkilləri məhkəmənin dava zamanı çəkilən şəkillərin yayılmasını qadağan edən qərar çıxarmağına çalışırlar.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti