İstanbulda internet üstə qırğındır- VİDEO

İstanbulda internet üstə qırğındır- VİDEO
  09 Fevral 2014    Oxunub:1142
AzVision.az “euronews”a istinadən xəbər verir ki, İstanbulun mərkəzində İnternetə nəzarəti gücləndirən qanun layihəsinin qəbuluna qarşı aksiyalar keçib.

Qanun layihəsi hökumətin istənilən sayta müdaxiləsinə və blok etməsinə, eləcədə Internet provayderlərə istifadəçilər haqqında məlumatlarıı bazalaşdırmaq üçün icazə imakanı verir.

Etirazçıları dağıtmaq üçün polis təzyiqli su şırnaqlarından, bibər qazı və rezin güllələrdən istifadə edib. Buna cavab olaraq etiraçılar tərəfindən asayiş keşikçiləri tərəfə daşlar, fişənglər və və molotof kokteylləri uçub.

Etirazçılar ölkə prezidentinin səlahiyyətlərindən istifadə edib qanuna müdaxilə etməsini gözləyirlər. Əyər bu baş verməsə növbəti aksiyalar qaçınılmazdır.




Teqlər:  





Xəbər lenti