Fransada qatar qəzası - 6 ölü

Fransada qatar qəzası - 6 ölü
  09 Fevral 2014    Oxunub:978
Fransada baş verən qatar qəzası 6 nəfərin həyatına son qoyub.
Fevralın 8-də Fransanın Alp-de-Ot-Provans departamentində şəhərlərarası qatarın qəzası 6 nəfərin həyatına son qoyub, 13 sərnişinin yaralanmasına səbəb olub. Yaralılardan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

AzVision.az xəbər verir ki, hadisə yerinə gələn yanğınsöndürənlər bildirmişlər ki, qatarın hərəkəti zamanı hündür qayadan qopan bir neçə tonluq daşın qatara dəyməsi onun yoldan çıxmasına səbəb olub. Bir neçə vaqon yol kənarındakı dərəyə yuvarlanmışdır. Hadisə günorta vaxtına təsadüf etdiyindən vaqonlarda sərnişinlərin sayı az olub.

Yaralılar dərhal xəstəxanada yerləşdirilib, sağ qalan digər sərnişinlər avtobuslarla yola salınıb.

AzərTAc


Teqlər:





Xəbər lenti